Azərbaycan Kikboksinq Federasiyası 1993-cü ildə yaradılmışdır. İlkin olaraq bu təşkilatın adı AKMF — Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası (AKMF) idi. Federasiya 1993-cü ildə Azərbaycan Respublikası Əməkdar Xadimi, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy (1993–2000-ci illərdə AKMF-ın Prezidenti) tərəfindən yaranmışdır. 2000-ci ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti Millət Vəkili, Milli Məclisin sədr müavini Adil Əliyev seçilmişdir, hal-hazırda Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının Fəxri Prezidentidir. 12 dekabr 2008-ci ildə İdarə Heyətinin qararı ilə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası iki müstəqil təşkilatlara bölünub və hal-hazırda respublikamızda kikboksinqin inkişafını Azərbaycan Kikboksinq Federasiyası davam etdirir.
Azərbaycan Kikboksinq Federasiyası 1995-ci ildən WAKO-nun (World Association of Kickboxing Organization) rəsmi üzvüdür.
2020-ci ildə Orxan Əliyev Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti təyin olunmuşdur.
2021-ci ildə Rəmal Aslanov Azərbaycan Kikboksinq Federasiyasının I Vitse-Prezidenti təyin olunmuşdur.
2022-ci ildə İlkin Məsimzadə Azərbaycan Kikboksinq Federasiyasının baş katibi təyin olunmuşdur.
Yığma komandanın baş məşqçiləri:
Böyüklərdən ibarət yığma komandanın baş məşqçisi: Elşən Abdulrəhimov — Azərbaycan Respublikası Əməkdar Məşqçisi
Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi: Hikmət Hacıyev — Azərbaycan Respublikası Əməkdar Məşqçisi (DİN İC)